24 May 2017 10:23
5 637
12 Punto 14 Punto 16 Punto 18 Punto

30-dan çox kənddən 180-200 ton arası ilbiz yığılıb.

Bunu Teleqraf.com-a açıqlamasında "Azdelikates Alfa" MMC-nin baş direktoru Emin Hacıyev deyib.

Onun sözlərinə görə, ilbiz ixracının böyük potensialı var: "Təsisçilərimizdən biri 10 ildən çox Yunanıstanda yaşayıb və bu işlə məşğul olub. Bizə bu təklif həmin şəxsdən gəldi, birlikdə ilbizin xarici ölkərə göndərilməsinə qərar verdik. Daha sonra Yunanıstan, Fransa və digər ölkələrə ilbiz nümunəsi göndərdik və müsbət rəy aldıq".

Emin Hacıyev deyir ki, avqust ayından xarici ölkələrə ilbiz ixracı baçlayacaq: "Hələlik istədiyimiz qədər ilbiz toplanmayıb. Hədəfimiz 300-400 ton ilbiz yığmaqdır. 400 ton ilbizdən 100 ton ət alınacaq. Çünki 4 kiloqram ilbizdən 1 kiloqram təmiz əti çıxır.

İlbizlər çanaqları ilə birlikdə yığılır. İlbiz 12 çanaq şəkilində servis edilir. Hazırda 180-200 ton ilbiz yığılıb".

Direktor qeyd edib ki, bir kəndli günə 100 kiloqram ilbiz toplaya bilər: "Yağışlı, nəm hava olanda ilbizlər daha çox üzə çıxır. Kəndlərdən ilbizin 1 kiloqramı 50 qəpiyə alınır. Toplanan məhsul Şamaxıda məntəqəmizə təhvil verilir. Yəni birqadırlarımız gedib, kəndlərdən yığılan ilbizin ödənişini edir və məntəqəyə çatdırır.
Hazırda 30-dan çox kənddə ilbiz toplanır. Toplanış işi daha çox İsmayıllı, Şamaxı, Ağsu, Qəbələnin kəndlərində aparılır. Qarşıdakı illərdə məntəqələrin sayını artırmağı planlaşdırıq".

Emin Hacıyev deyir ki, ilbizin qiyməti mövsümi olaraq dəyişir: "Satış qiyməti 2-5 avro arası olacaq. Əvvəlcə, ilbizlər zavodda isti buxardan keçrilir, ölçülərinə görə ayrılır, yuyulur. Daha sonra işçi qadınlarımız verilən ilbizlər çanağından çıxarıır, bağırsaqları kəsilib atılır. Ət bişirilir və mənfi 18 dərəcədə soyuducuda saxlanılır".

Direktor əlavə edib ki, ilbizdən gələcəkdə kosmetik vasitələrdə istifadə üçün ixracı mümkün olacaq: "Bu proses qəliz və uzundur. Onların müştəriləri də ayrıdır. Yaxın 2 il müddətdə ilbizlərdən kosmetik vasitə kimi istifadə üçün ixracı nəzərdə tutulmayıb".


Müəllif: İlhamə Əbülfət