24 May 2017 14:24
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 24-də Bakı Baş Gömrük İdarəsində idxal-ixrac əməliyyatları ilə məşğul olan bir qrup biznes subyektləri ilə görüş keçirilib.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə çıxış edən Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzov bildirib ki, son illərdə qeyri-neft sektorunun - turizm, kənd təsərrüfatı sahələrinin inkişafına göstərilən dəstək milli iqtisadiyyatımızda bu sektorun payını artırıb.

İdarə rəisi ölkə başçısı tərəfindən gömrük sahəsində həyata keçirilən mütərəqqi islahatların gömrük orqanlarında uğurla reallaşdırıldığını vurğulayaraq "Bir pəncərə", "Elektron bəyannamə", "Yaşıl dəhliz" və digər yeniliklərin idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsinə münbit şərait yaratdığını bildirib.

Biznes-gömrük əməkdaşlığının inkişaf etdirilməsi, qarşılıqlı işgüzar münasibətlərin peşəkar şəkildə qurulmasının ümumi işə faydasından bəhs edən Vüsal Novruzov gömrük orqanlarının daim sahibkarların yanında olduğunu, onları narahat edən məsələlərin bundan sonra operativ və obyektiv şəkildə həllini tapacağını diqqətə çatdırıb.

Qarşılıqlı diskussiya şəraitində keçən görüşdə sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.


Müəllif: İlhamə Əbülfət