24 May 2017 18:57
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

OPEC və kartelə üzv olmayan ölkələrin neft hasilatının azaldılmasına dair anlaşmasının monitorinqi üzrə Nazirlər Komitəsi sazişin daha 9 ay uzadılmasını təklif edib.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə bugünkü Vyana görüşündə iştirak edən və adının açıqlanmasını istəməyən Monitorinq Komitəsinin üzvlərindən biri bildirib.

Qeyd edək ki, monitorinq üzrə Nazirlər Komitəsi 5 ölkə - Əlcəzair, Küveyt, Venesuela, Rusiya və Omanın nümayəndələrindən ibarətdir. Son iki ölkə OPEC üzvü deyil.

"Report"un analitik qrupu bildirir ki, bu xəbər neftin qiymətinin 54 dollar/barelə qədər geriləməsinə səbəb olub: "Əgər sammit anlaşmanın sadəcə 9 ay uzadılması ilə bitərsə, neft qiymətlərində azalma 50 dollar/barelə qədər davam edə bilər. Qiymətlərin yüksəlməsi üçün hasilat kvotasının bir qədər də azaldılması vacibdir".


Müəllif: Teleqraf.com