24 May 2017 18:03
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan OPEK ölkələrinin və bu quruma daxil olmayan dövlətlərin neft hasilatının azaldılması ilə bağlı razılaşma müddətinin uzadılması barədə qərarı dəstəkləyəcək.

Teleqraf.com-un məlumatına görə, bunu “Caspian Energy” jurnalına müsahibəsində Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

Nazir vurğulayıb ki, ötən ilin noyabrında hasilatın azaldılması ilə bağlı Vyana sazişinin imzalanması OPEK tarixi boyunca qəbul olunmuş ən vacib birgə qərardır.


Müəllif: Teleqraf.com