26 May 2017 09:23
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel ayında Bakıda torpaq sahələrinin qiyməti ucuzlaşıb.

Bunu daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, torpaq qiymətlərində ucuzlaşma 3.14 faiz təşkil edib.

N.İbrahimov bildirib ki, torpaq bazarında aktivlik ötən aylarda azalmışdı:

"Aktivliyin azalmasının qiymətlərə təsirini indi görürük. Adətən aprel-may aylarında torpağın qiymətləri artır, amma bu dəfə əks tendensiyanın şahidi oluruq. Bu da onunla bağlıdır ki, fərdi yaşayış evlərinin tikinti həcmində azalma var".


Müəllif: Teleqraf.com