4 İyun 2017 12:53
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Dövlət Müdafiə Sənayesi şirkəti "Rostek"in İcraçı direktoru Sergey Çemezov Türkiyə ilə birgə həyata keçirilən S-400 hava müdafiə sistemləri layihəsindən və digər birgə layihələrdən danışıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Çemezov S-400 sistemi ilə bağlı birgə layihənin texniki danışıqlarının sona çatdığını bildirib. O, hazırda S-400-lərin maliyyələşdirilməsi ilə bağlı məsələlərin müzakirə olunduğunu qeyd edib.

"Rostek"in icraçı direktoru Rusiya ilə Türkiyə arasında 5-ci nəsil döyüş təyyarəsi istehsalının da müzakirə edildiyinə diqqət çəkib və bu barədə Türkiyənin lazımi infrastruktura malik olduğunu vurğulayıb.


Müəllif: Şəfiqə Nazimqızı