8 İyun 2017 13:39
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin may ayında Azərbaycana 174 min, bu ilin mayında isə 211 min turist gəlib.

Teleqraf.com xəbər verir ki, bunu Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı şəhərində fəaliyyət göstərən gəlmə turizm sahəsində ixtisaslaşmış yerli və xarici tur operatorlar və turizm şirkətləri ilə Milli Turizm Təbliğat Bürosunun görüşündə deyib.

Nazirin sözlərinə görə, bu, kifayət qədər iri rəqəmdir və artım böyükdür:

"Təxminən 30 faiz artım müşahidə olunub. Ümumən, ötən ilin 5 ayında ölkəyə 768 min turist gəlibsə, bu il bu rəqəm 956 min olub. Bu, 200 min əlavə turist deməkdir. Səbəb viza rejimin sadələşdirilməsidir".

Nazir otellərin tikintisindən də danışıb.

Onun sözlərinə görə, regionlarda açılan otellər 3 və daha aşağı ulduzludur: "Çünki 5 ulduzlu otellərin şəbəkələri şərtləri ciddiləşib".

Əbülfəs Qarayev qeyd edib ki, nazirlik otellərə lisenziyaların təqdim edilməsində iştirak etmir: "Nazirlik yalnız statistik məlumatlara nəzarət edir. Bizdə olan məlumata görə, son 2 ildə 80-100 arası 3 və 4 ulduzlu otellərin tikintisi gedir. Bakıda da bir neçə böyük şəbəkələrin yaradılmaqdadır".


Müəllif: İlhamə