9 İyun 09:28

Dünya birjalarında neft ucuzlaşıb.

Teleqraf.com xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,03 dollar və ya 0,07% azalaraq 45,61 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,03 dollar və ya 0,06% artaraq 47,83 dollar olub.


Müəllif: Teleqraf.com