12 İyun 09:55
242

Dünya birjalarında neft bahalaşıb.

Teleqraf.com xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,27 dollar və ya 0,59% artaraq 46,10 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,30 dollar və ya 0,62% artaraq 48,45 dollar olub.

Azərbaycanın dünya bazarına çıxardığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,25 dollar və yaxud 0,52% artaraq, 48,54 dollar/barelə bərabər olub.


Müəllif: Teleqraf.com