Palatadan Teleqraf.com-a verilən məlumatda deyilir ki, iclasda qurumun Sığorta Bazarına Nəzarət Departamentinin 46 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın 3 ay müdətinə dayandırılması müraciətinə baxılaraq müsbət qərar qəbul edilib. Lisenziyaların dayandırılmasına səbəb, sığorta agentlərinin “Sığorta fəaliyyəti haqqında” qanunun tələblərinə riayət etməyərək MBNP-yə rüblük hesabatları təqdim etməmələri olub.
Direktorlar Şurasının iclasında həmçinin,Şahzadə Emin Şahgəldi oğlu və Qubadov Elxan İlham oğlunun MBNP-yə müraciəti əsasında onların sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilib.
MBNP “İNS Consulting” MMC və iki fiziki şəxsə sığorta agenti fəaliyyətinə lisenziyalar verib.