13 İyun 2017 14:20
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis “Valyuta tənzimi haqqında” Qanuna dəyişiklik edilməsi barədə layihəni müzakirə edib.

Teleqraf.com xəbər verir ki, layihə haqqında deputatlara İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Komitə sədri bildirib ki, dəyişikliklərin məqsədi gömrük sərhəd daşınması zamanı cinayət yolu ilə əldə edilən pulların aşkar edilməsi və buna qarşı tədbirlərin görülməsi ilə bağlıdır.

Ziyad Səmədzadə qeyd edib ki, bu məqsədlə qanunun 141.1 maddəsi yeni redaksiyada verilir.

Onun sözlərinə görə, cinayət yolu ilə əldə edilən maliyyənin leqallaşdırılması, terrorçuların maliyyənləşdirilməsi faktları aşkar edildikdə buna qarşı tədbirlər görülməli, əldə edilən məlumatlar müvafiq qurumlara təqdim olunmalıdır.


Müəllif: Cavad