16 İyun 2017 11:00
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda manatla banklararası kreditlər cari ilin aprel ayında ucuzlaşmağa davam edib. Manatla kreditlər üzrə orta faiz apreldə 1,39 faiz bəndi azalaraq cari il mayın 1-nə 11,09% təşkil edib.

Report xəbər verir ki, xarici valyutada verilən kreditlərdə isə orta faiz 9,45%-dən 9,74%-ə yüksəlib.

Hesabata əsasən, ən bahalı banklararası kreditlər 30-90 günlük kreditlərdir. Belə ki, bu müddətə manatla verilən kreditlər üzrə orta faiz 20,62%, xarici valyutada isə 17,19% təşkil edib.


Müəllif: Teleqraf.com