Paketdən gündə yalnız bir dəfə, saat 01:00-dan 19:00-a qədər yararlanmaq mümkündür. Paketi aktivləşdirmək üçün *570*50#YES kodunu yığmaq lazımdır.
“Ədalətli istifadə” siyasətinə əsasən digər cihazların “Vay-Fay Hotspot” vasitəsilə qoşularaq bu paketdən istifadə etməsi mümkün deyil. Paketin vaxtı bitdikdən sonra abunəçi öz balansındakı digər İnternet paketindən və ya abunə olduğu tarifə uyğun İnternet trafikindən istifadə edə bilər.
Qeyd edək ki, Bakcell şirkəti internet sürətinin yoxlanılması və təhlili sahəsində dünya lideri olan “Ookla” şirkəti tərəfindən Azərbaycanda “ən sürətli mobil şəbəkə” mükafatına layiq görülüb.
Bundan əlavə, Baksell “İnstaqram”, “WhatsApp”, “Yutub” və “Feysbuk” istifadəçiləri üçün eksklüziv internet paketləri təqdim edir.