17 İyun 2017 16:47
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn ilin ortalarında dünya bazarında neftin qiyməti 25 dollar/barelə düşə bilər.

“Report” xəbər verir ki, bu barədə Rusiya Bankının (Mərkəzi Bank) pul-kredit siyasəti barədə hesabatında bildirilir.

Sənəddə deyilir ki, Liviya və Nigeriyanın neft ixracını artırması, Çində iqtisadi artımın zəifləməsi və ümumilikdə enerji daşıyıcılarına tələbatın azalması 2018-ci ilin ortalarında əmtəə birjalarında “qara qızıl”ın 1 barrelinin qiymətini 25 dollara endirə bilər. Bu isə öz növbəsində Rusiya iqtisadiyyatının bu ilin ortalarından başlayaraq geriləməsinə səbəb ola bilər və yalnız gələn ilin 2-ci yarısından sonra ölkə iqtisadiyyatı əvvəlki vəziyyətinə qayıtma başlaya, iqtisadi artım bərpa oluna bilər.


Müəllif: Teleqraf.com