19 İyun 2017 10:08
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

Mərkəzi Bankdan Teleqraf.com-a verilən məlumata görə, bu gün ABŞ dollarının məzənnəsi iyunun 16-sı ilə müqayisədə dəyişməyərək 1,7023 manat təşkil edib.

Avro isə manata nisbətən möhkəmlənərək 1,9055 manat olub.

Rusiya rublu da iyunun 16-sı ilə müqayisədə bahalaşaraq 0,0296 manat səviyyəsində qərarlaşıb.

1 türk lirəsi 0,4867 manat, Gürcüstan larisi 0,7033 manatdır.


Müəllif: Teleqraf.com