20 İyun 2017 09:13
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

Mərkəzi Bankdan Teleqraf.com-a verilən məlumata görə, bu gün ABŞ dollarının məzənnəsi iyunun 19-u ilə müqayisədə dəyişməyərək 1,7023 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşaraq 1,8099 manat olub.

Rusiya rublu da iyunun 19-u ilə müqayisədə zəifləyərək 0,0292 manat səviyyəsində qərarlaşıb.

1 türk lirəsi 0,4840 manat, Gürcüstan larisi 0,7036 manatdır.


Müəllif: Teleqraf.com