23 İyun 2017 03:33
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 21-də 46,27 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,26 dollar/barel çoxdur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 21-də 45,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,27 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 21-də 43,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,22 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 21-də 44,6 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,32 dollar/barel çoxdur.

/Trend/


Müəllif: Teleqraf.com