26 İyun 2017 16:14
1 436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada ən çox təbii qaz ehtiyatlarına sahib ölkə İrandır. İranın 33,5 trilyon kubmetr qaz ehtiyatı var.

Teleqraf.com Anadolu Agentliyinə istinadən xəbər verir ki, “BP 2017 Dünya Enerji Statistikasının Hesabatına” görə dünyada 186,6 trilyon kubmetr sübut olunan təbii qaz ehtiyatı var. Bu ehtiyat qaz bazarında lazım olan ehtiyacı 50 il müddətindən çox ödəyə bilər.

Ən çox təbii qaz ehtiyatı 79,4 trilyon kubmetrlə Orta Şərq regionuna məxsusdur. Avrasiya regionunda Rusiya və Türkmənistan 56,7 trilyon kubmetr ehtiyata sahibdir.

Ən az təbii qaz ehtiyatına 7,6 trilyon kubmetrlə Cənubi və orta Amerika malikdir.

Ötən il dünyada sübut edilən ən çox təbii qaz ehtiyatına sahib 33,5 trilyon kubmetrlə İran olub. Onu 32,3 trilyon kubmetr ehtiyatla Rusiya və 24,3 trilyon kubmetrlə Qətər Əmirliyi təqib edib.

Qlobal enerji bazarında ən çox təbii qaz istehsal edən ölkə ABŞ-dır. Dünya bazarında təqdim edilən təbii qazın 21 faizi ABŞ-da istehsal edilib. ABŞ-ı 5794 milyard kubmetrlə Rusiya izləyir.

İran dünyanın ən çox təbii qaz ehtiyatına malik olmasına baxmayaraq istehsalda 202,4 milyard kubmetrə üçüncü sırada yer alır.


Müəllif: Cavad