10 İyul 09:36
155

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

Mərkəzi Bankdan Teleqraf.com-a verilən məlumata görə, bu gün ABŞ dollarının məzənnəsi iyulun 7-si ilə müqayisədə dəyişməyərək 1,7022 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşaraq 1,9412 manat olub.

Rusiya rublu da iyulun 7-si ilə müqayisədə cüzi azalaraq 0,0282 manat səviyyəsində qərarlaşıb.

1 türk lirəsi 0,4702 manat, Gürcüstan larisi 0,7076 manatdır.


Müəllif: Teleqraf.com