11 İyul 2017 08:07
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Kimya Sənaye Parkı tərəfindən Mingəçevir Sənaye Parkına ilk rezident qəbul edilib. Bu “Mingəçevir Tekstil” MMC-dir.

İqtisadiyyat Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, MMC tərəfindən sənaye parkında Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında ildə 20 min ton iplik istehsal edəcək fabriklər inşa ediləcək. Müəssisələrdə 550 iş yerinin açılması nəzərdə tutulur.

Artıq fabriklərin inşasına başlanılıb.

Belə müəssisələrin yaradılması yüngül sənaye sahəsində idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması, milli tekstil brendlərin yaradılması, ixtisaslı kadrların hazırlanması və yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyət kəsb edir.


Müəllif: Teleqraf.com