11 İyul 09:32
165

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

Mərkəzi Bankdan Teleqraf.com-a verilən məlumata görə, bu gün ABŞ dollarının məzənnəsi iyulun 8-i ilə müqayisədə dəyişməyərək 1,7022 manat təşkil edib.

Rusiya rublu da iyulun 8-i ilə müqayisədə dəyişməyərək 0,0282 manat səviyyəsində qərarlaşıb.

Avro isə manata nisbətən ucuzlaşaraq 1,9386 manat olub.

1 türk lirəsi 0,4714 manat, Gürcüstan larisi 0,7088 manatdır.


Müəllif: Teleqraf.com