12 İyul 17:59

Azərbaycanda fəaliyyət göstərən 31 bankın mayın 31-ə kimi olan cəmi aktivləri 30,101.1 milyon, cəmi öhdəlikləri 27,342.2 milyon manat təşkil edib. Sektorun balans kapitalı 2,758.8 milyon manatdır.

Bu barədə Teleqraf.com-a Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.

Məlumatda bildirilib ki, əhalinin əmanətləri 6,820.1 milyon manat həcmindədir.

Bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, POS-terminalların sayı 2,476-dır. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,034 nəfər təşkil edir.


Müəllif: İlhamə Əbülfət