Dünya birjalarında neft bahalaşıb.
Teleqraf.com xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 0,94 dollar bahalaşaraq 46,54 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barrelinin dəyəri də 2,01 dollar artaraq 49,02 dollar olub.
Azərbaycan nefti də bahalaşıb.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azəri Layt" markalı xam neftin 1 barrelinin qiyməti isə 0,43 dollar artaraq 48,02 dollar olub.