2 Avqust 2017 09:43
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

Mərkəzi Bankdan Teleqraf.com-a verilən məlumata görə, bu gün ABŞ dollarının məzənnəsi avqustun 1-i ilə müqayisədə ucuzlaşaraq 1,7008 manat təşkil edib.

Rusiya rublu da avqustun 1-i ilə müqayisədə ucuzlaşaraq 0,0282 manat səviyyəsində qərarlaşıb.

Avro isə manata nisbətən bahalaşaraq 2,0112 manat olub.

1 türk lirəsi 0,4815 manat, 1 gürcü larisi isə 0,7075 manatdır.


Müəllif: Teleqraf.com