3 Avqust 2017 01:24
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 1-də 52,71 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,89 dollar/barel azdır.

Bu barədə Teleqraf.com-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 1-də 52,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,9 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 1-də 49,82 dollar/barel təşkil edib ki, Trend-ə görə, da əvvəlki qiymətdən 0,86 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 1-də 50,92 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,87 dollar/barel azdır.


Müəllif: Teleqraf.com