4 Avqust 2017 13:12
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin iyulun 1-inə bank sektorunun xalis mənfəəti 84,9 mln. manat təşkil edib.

Bu barədəd Teleqraf.com-a Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.

Palatanın hesabata əsasən, may ayı ilə müqayisədə iyunda bank sektorunun mənfəəti 93,3 mln. manat və ya 52,4% azalıb.

Bu ilin 6 ayı ərzində bankların faiz və gəlirlərin bu qəbildən olan növləri 1,007.3 mln manat, faiz və onlara bağlı xərclər 482.7 mln. manat olub.

Hesabatda kreditlər üzrə faizlər 749.8 mln manat təşkil edib.

Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 408,9 mln. manat vəsait ayrılıb.


Müəllif: İlhamə Əbülfət