24 Aprel 2014 15:48
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşları qəbul prosesi davam edir.

Növbəti belə qəbul aprel ayının 24-də vergilər naziri Fazil Məmmədov tərəfindən Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində Sabirabad, Saatlı, Salyan və Hacıqabul rayonlarından olan vətəndaşlar üçün keçirilib. Vergilər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, vergilərin hesablanması, ödənilməsi, nəzarət kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı 40-dan yuxarı vətəndaş vergilər nazirinə müraciət edib.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunmuş, digərləri nəzarətə götürülmüş, bir sıra məsələlərin araşdırılması və lazımi tədbirlər görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildiriblər.

Naibə


Müəllif: