5 Sentyabr 13:38
161

Dünya birjalarında neftin qiymətləri müxtəlif istiqamətdə dəyişib.

Teleqraf.com xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 0,07 dollar artaraq 47,39 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barrelinin dəyəri isə 0,31 dollar azalaraq 52,15 dollar olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azəri Layt" markalı xam neftin 1 barrelinin qiyməti 0,15 dollar azalaraq 54,55 dollar/barrelə bərabər olub.


Müəllif: Teleqraf.com