6 Sentyabr 01:39

Tərtərdə 3 ulduzlu hotelin yaradılması nəzərdə tutulur.

Teleqraf.com-un məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu avqustun 31-də Tərtər rayonunda keçirdiyi işgüzar forumda bildirilib.

Belə ki, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

intensiv bağçılıq (alma, gilas, xırnik, ərik), üzümçülük və kiçik cins heyvandarlıq təsərrüfatlarının yaradılması; kiçik pendir istehsalı müəssisəsinin və 3 ulduzlu hotelin yaradılması.

Qeyd edək ki, bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.


Müəllif: Teleqraf.com