7 Sentyabr 2017 20:47
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin 50%-dən çox hissəsi artıq tamamlanıb. Bura layihələndirmə, satınalma və tikinti işləri daxildir.

Bu barədə Teleqraf.com-a TAP konsorsiumundan bildirilib.

Məlumata görə, cari ilin sentyabr ayına olan göstəriciyə əsasən, TAP-ın podratçıları Yunanıstan və Albaniyada layihə marşrutunun təxminən 70%-də (765 km-in 539 km-i) təmizlənmə işləri aparıb. Bundan başqa, tikinti prosesində istifadə olunacaq 55 min borunun təxminən 95%-i Yunanıstan, Albaniya və İtaliyaya çatdırılıb.


Müəllif: Teleqraf.com