8 Sentyabr 2017 11:44
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti "Azərbaycan Respublikasının Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə"yə dəyişiklik edib.

Trend-in məlumatına görə, əsasnaməyə əsasən, ilin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə hesabına köçürülür.

Əsasnamənin indiyə qədər olan variantında bu məsələ ilə bağlı məqsədli təyinatlı maliyyələşmələr istisnalıq təşkil edirdi.

Belə ki, əsasnamənin həmin variantına görə, ilin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə hesabına (məqsədli təyinatlı maliyyələşmələr istisna olmaqla) köçürülürdü və həmin vəsait növbəti ilin aidiyyəti büdcə xərclərinin ödənilməsinə və dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə yönəldilə bilərdi.


Müəllif: Teleqraf.com