8 Sentyabr 2017 15:54
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Bankın valyuta ehtiyatları 2017-ci il sentyabr ayının 1-nə 5 mlrd. 101,2 mln. ABŞ dolları təşkil edib.

AMB-dan Teleqraf.com-a verilən məlumata görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 908,7 mln. dollar və ya 21,67% çoxdur. Avqust ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 68,1 mln. dollar və ya 1,35% artıb.

Сari ilin əvvəlindən artım 1 mlrd. 126,8 mln. dollar və ya 28,35% olub.


Müəllif: Teleqraf.com