13 Sentyabr 2017 00:09
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 583,653 min ton həcmində neft məhsulları ixrac edib.

Teleqraf.com Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda neft məhsullarının dəyəri 224,906 mln. dollar təşkil edib.

Hesabat dövründə ixrac olunan neft məhsullarının miqdarı ötən ilin müvafiq dövründən 41%, dəyəri isə 5% az olub.

Neft məhsulları bu ilin ilk 8 ayında Azərbaycanın ümumi ixracının 3,11%-ni təşkil edib.


Müəllif: Teleqraf.com