27 Sentyabr 2017 10:48
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asiya İnkişaf Bankı (Asian Development Bank) Azərbaycan üçün 2017-2020-ci illəri əhatə edən Ölkə Əməliyyatları üzrə Biznes Planını təsdiq edib.

Teleqraf.com-un məlumatına görə, biznes plan bankın 2018-2020-ci illər üçün Ölkə Tərəfdaşlıq Strategiyasının prioritetləri ilə uyğunlaşdırılıb.

AİB nəqliyyat, enerji, su və şəhər infrastrukturu, xidmət sektorunun inkişafı sahələrini prioritet sahələr kimi seçib. Bank məsləhətləşmələr və texniki yardımlar vasitəsilə digər sektorlarda da hökumətlə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Plan üzrə dövlət öhdəliklərinin və kredit proqramının həyata keçirilməsi üçün 2018-2020-ci illər arasında 1,680 mlrd. dollar həcmində kreditin və 2,5 mln. dollar həcmində texniki yardımın ayrılması nəzərdə tutulur. Bankın Bakı ofisi isə bu proqramı 900 mln. dollar civarında qiymətləndirib.

2017-ci ildə isə ADB Azərbaycana ümumi dəyəri 450 mln. dollar olan iki kredit və 1,225 mln. dollar dəyərinə texniki yardım ayıracaq.

Sənəddə qeyd olunur ki, AİB hökumətin dövlət-özəl əməkdaşlıq proqramını da maliyyələşmə üçün nəzərdən keçirəcək.


Müəllif: Teleqraf.com