29 Sentyabr 2017 12:16
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir həftə əvvəl 2018-ci il dövlət büdcəsinində neftin qiymətinin 45 dollardan götürüləcəyi ilə bağlı proqnozum düz çıxdı.

Bu sözləri Teleqraf.com-a açıqlamasında neftin qiymətinin 45 dollar səviyyəsində götürüləcəyinə münasibət bildirərkən iqtisadçı ekspert İlham Şaban deyib.

Onun sözlərinə görə, qərar mövcud şəraitə uyğundur:

“Əgər 2017–ci ildə 40 dollar civarındaydısa, sonradan dəyişiklik edib sığortalamaq üçün 25 dollar etmişdilər. Bu da ötən ilki təhlükədən doğurdu. Dövlət Neft Şirkəti, həm BP şirkəti hamısı öz büdcələrini 40 dollardan götürmüşdülər. İndi isə real olaraq neftin orta qiyməti 53-54 dollardan aşağı olmayacaq. Bu da ötən illə müqaisədə 20 faiz artıqdır. Nəzərə alsaq ki, neftin qiyməti düz xətlə inkişaf etmir və mütləq enmələr, artmalar olur. Hətta gələn il üçün deyərdim ki, 45 dollar optimal qiymətdir”.

İlham Şaban qeyd edib ki, gələn ilə neftin qiyməti barədə proqnozlar isə adətən noyabr ayında verildiyi üçün bir söz demək olmaz:

“İstər dünya bankı, istər maliyə institutları, şirkətlər hamısı ilk proqnozlarını noyabrda verirlər. Adətən fevral ayının 10-da da ona ilk korreksiyanı edirlər. Çünki ilin yekunları ilə əlaqədar böyük ölkələr fevralın 25-dək iqtisadi göstəriciləri, ili necə yekunlaşdırdıqlarını açıqlayırlar. Bunlardan sonra gözlənitilərin necə olduğunu demək olar”.

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov 2018-ci ilin dövlət büdcəsinin gəlirlərinin təxminən 20 milyard manata yaxın proqnozlaşdırıldığını, 2017-ci ilin dövlət büdcəsində neftin 1 barrelinin 40 dollardan hesablandığını, bu il isə neftin qiymətinin 45 dollar səviyyəsində götürüləcəyini bildirib.


Müəllif: Şəfiqə