Dünya birjalarında neftin qiyməti dəyişib.
Teleqraf.com xəbər verir ki, İCE London birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,36 dollar azalaraq 55,62 dollar olub.
VTİ neftinin qiyməti də 1 barelə görə 1,43 dollar azalaraq 49,29 dollar təşkil edib.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azəri Layt" markalı xam neftin 1 barrelinin qiyməti 0,89 dollar artaraq 58,94 dollar/barrelə bərabər olub.