10 Oktyabr 2017 00:12
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-sentyabr ayları ərzində “Azneft” İstehsalat Birliyi (İB) üzrə 4 624,8 min ton neft, 3,87 mlrd. kubmetr qaz hasil edilib.

Bu barədə Teleqraf.com-a “Azneft”dən bildirilib.

Ötən doqquz ay ərzində “Azneft” İB-nin bütün idarə və struktur birləşmələrində yeni obyektlərin və qurğuların tikintisi, onların istismara verilməsi, hasilatın artırılması, xidməti sahələrin, tikililərin və binaların əsaslı təmiri üzrə kompleks tədbirlər görülüb.Yeni quyuların qazılması işi bu il də uğurla davam etdirilib. Çoxsaylı qazma işləri həyata keçirilib, yeni-yeni neft və qaz quyuları istismara verilib. Qazma işlərinin həcminin genişləndirilməsi nəticəsində, ilin ilk doqquz ayı ərzində “Azneft”in sifarişi əsasında 55 quyu qazılaraq istismara verilib”,-məlumatda qeyd olunub. Bildirilib ki, yeni quyuların qazılması nəticəsində 91 min ton neft hasil edilib.

Hesabat dövründə fəaliyyətsiz quyu fondundan 55 quyu nəzərdə tutulduğu halda, 81 quyu istismara qaytarılıb. Bu quyulardan 42,6 min ton neft alınıb.

İlin əvvəlindən 485 geoloji tədbir keçirilib, nəticədə 211,7 min ton neft hasil edilib ki, bu da plana qarşı 56 tədbir çox və 71,6 min ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə 33,3 min ton plana qarşı 40,7 min ton neft hasil edilib.


Müəllif: İlhamə