12 Oktyabr 17:56

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Belarus səfəri davam edir.

Teleqraf.com Milli Məclisin saytına istinadən xəbər verir ki, səfər çərçivəsində spiker Oqtay Əsədov Minskdə fəaliyyət göstərən traktor zavodunun fəaliyyəti ilə tanış olub.

Zavodla tanışlıqdan sonra Azərbaycan nümayəndə heyəti müəssisənin rəhbərliyi ilə görüşüb.
Görüşdə qeyd olunub ki, Minsk traktor zavodu bu il ərzində Azərbaycana əlavə olaraq 460 texnika göndərmək niyyətindədir. Diqqətə çatdırılıb ki, müəssisə Gəncə avtomobil zavodu ilə birgə yığdığı traktorların Türkiyə bazarına çıxarmağı planlaşdırır.


Müəllif: Cavad