14 Oktyabr 2017 18:59
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının birgə illik iclasının yekunlarına dair mətbuat konfransında BVF-nin Avropa üzrə direktoru Pol Tomsen bir sıra açıqlamalar edib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, direktor dünya iqtisadiyyatının hazırkı vəziyyətinin qənaətbəxş olduğunu bəyan edib.

Pol Tomsen əksər ölkələrin xilas yolu taparaq böhrandan çıxdığını vurğulayıb.

Avropa ölkələrində iqtisadiyyatın güclənməkdə olduğunu deyən baş direktor Avrozona ilə bağlı bu il üçün 2.1 faiz böyümə proqnozu verildiyini bildirib.

Tomsen Türkiyə iqtisadiyyatı barədə də müsbət rəy ifadə edib. O, Türkiyə iqtisadiyyatının bu il ötən ilə nəzərən artım tempi qazandığını və burada hökumətin dəstəyinin rol oynadığını söyləyib.


Müəllif: İlhamə Əbülfət