16 Oktyabr 2017 12:39
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabr ayında dollara tələb yüksək olmayıb.

Bunu Teleqraf.com-a iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, sentyabrda manatın dəyər itirəcəyi ilə bağlı bir sıra proqnozlara baxmayaraq, əslində, ötən ay valyuta bazarı üçün sakit oldu:

“Dollara tələbin azalması, əslində, gözlənilən idi. Avqustda idxalın artması səbəbindən dollara tələbin yüksəldiyini nəzərə alsaq, sentyabrda tələbin azalması gözlənilən idi. Çünki idxalçılar adətən, böyük həcmli idxaldan sonra növbəti ay ölkəyə daha az məhsul gətirirlər. Nəticədə sentyabr ayında Dövlət Neft Fondu valyuta hərraclarında 252,2 mln. dollar məbləğində vəsait satdı. Qeyd edim ki, avqust ayında keçirilən valyuta hərraclarında Fond 292,6 mln. dollar satmışdı. Bu isə o deməkdir ki, avqust ayı ilə müqayisədə sentyabrda Fond tərəfindən satılan valyutanın həcmi 13,81% azalıb. Deməli, dollara tələbin azalması müşahidə edilib”.

Ekspert qeyd edib ki, dekabr ayında dollara tələbin yenidən artacağı gözlənilir:

“Bu idxalın artması, dövlət və yerli müəssisələrin xarici borc öhdəliklərinin yerinə yetirilməsi və eləcə də xarici səfərlərin sayının artması ilə əlaqədardır. O baxımdan, manatın məzənnəsi üçün dekabr vacib aylardan hesab edilir. Dollara tələbin artmasının manatın məzənnəsinə necə təsir göstərəcəyi isə birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.

Vüqar Bayramov qızılın qiyməti barədə də danışıb.

O bildirib ki, son 1 ildə dünya bazarında 3.75 faiz bahalaşan qızılın 1 qramı hazırda 42 dollara yaxın təklif edilir:

“Bu, hər unsiyanın qiymətinin 1300 dollar olması deməkdir. Bu gün qızıln hər unsiyasında 2.5 dollar artım qeydə alınıb. Amma hələlik dünya bazarında qızılın qiymətində kəskin artımlar proqnozlaşdırılmır. Məhərrəmlik ayının başlaması ilə bağlı olaraq Azərbaycanın qızıl bazarında durğunluq müşahidə edilir. Bununla belə, güman olunur ki, növbəti ayın ortalarından başlayaraq.


Müəllif: İlhamə Əbülfət