16 Oktyabr 2017 14:50
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Evlərin qiyməti manatın nə qədər stabil qalmasından birbaşa asılı olacaq.

Bunu Teleqraf.com-a iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, evlərin qiymətinin artması və ya artacağı ilə bağlı açıqlamalara baxmayaraq, mənzil bazarında durğunluq davam edir:

“Avqust ayında mənzillərin qiymətinin artacağı proqnozlaşdırılan zaman bunun real olmadığı barədə məlumat vermişdim. Reallıqda hələlik mənzil bazarında tələb aşağı olaraq qalmaqda davam edir. Evlərin qiyməti manatın hansı müddətə stabil qalmasından birbaşa asılı olacaq”.

Ekspert qeyd edib ki, milli valyuta ili stabil başa vura bilərsə, o zaman gələn ildən mənzil bazarında canlanmanın müşahidə edilməsi mümkündür:

“Bu halda xarici valyutada olan yığımların bir qisminin daşınmaz əmlak bazarına yönəldiləcəyi gözləniləndir”.


Müəllif: İlhamə Əbülfət