20 Oktyabr 2017 10:40
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn il Azərbaycanın dövlət borcları üzrə ödəniş 2 262 277 523 manat təşkil edəcək.

Teleqraf.com2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən verdiyi xəbərə görə, bu ödənişin 103 180 383 manatı daxili borclara görə həyata keçiriləcək. O cümlədən, 80 173 398 manatı faizlərə, 23 006 985 manatı əsas borclara ödənilməsi nəzərdə tutulub.

Xarici borclara görə ödəniş isə 2 159 597 140 manat nəzərdə tutulub. O cümlədən, 533 591 421 manat faizlər, 1 626 005 719 manat əsas borclara ayrılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2018-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 700 000,0 min manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 1 000 000,0 min manat, dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 4 000 000,0 min manat müəyyən edilib.


Müəllif: Teleqraf.com