15 Noyabr 2017 11:30
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gözlənildiyi kimi, neftin dünya bazar qiymətində yenidən azalmalar müşahidə edilməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, Brent markalı neftin bir bareli son 2 gündə 3 faizə yaxın ucuzlaşaraq 61.3 dollara düşüb: “Qiymət azalmalarının əsas səbəbi ABŞ-da neft quyularının sayının artması, eləcə də Beynəlxalq Enerji Akademiyasının gələn il üçün neftə olan illik tələb proqnozunu gündəlik 190 min barel azaltması ilə bağlı açıqlamasıdır.

Eyni zamanda, Liviya və Nigeriyada neft hasilatının əvvəlki səviyyəsi bərpa olunub, İraq isə neft nəqlini tam bərpa etməyə çalışır. Bununla yanaşı, Meksika da hasilatın artırılması üçün platformalarda yenidənqurma işlərini tamamlayıb.

Neftin dünya bazar qiymətindəki son dəyişikliklər göstərir ki, yaxın illər üçün enerji bazarında mövcud şərtlər daxilində ciddi artımla qiymət artımları gözləmək sadəlövlük olar. Digər tərəfdən, Çin şist neft hasilatına 90 milyard dollar sərmayə yönəltmək niyyətindədir. Bu isə qlobal bazarda yeni və daha aşağı qiymət tarazlığına gətirib çıxara bilər”.


Müəllif: Şəfiqə