21 Noyabr 2017 14:22
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Makroiqtisadi sabitlik cari ilin birinci rübündə ilk nəticələrin əldə edilməsinə, sonrakı dövrdə onların inkişaf etdirilməsinə şərait yaradıb. Qarşıya qoyulan məqsəd mürəkkəb idi: neftin qiymətinin 3 dəfə aşağı düşməsi, ümumi daxili məhsulun 50 % həcmində ixrac gəlirini itirməsi bizim üçün mühüm çağırış idi.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

O xatırladıb ki, baş verən xarici şok milli iqtisadiyyatın sabitliyinin uzun müddətli dövr üçün dayanıqlığna risklər yaratmışdı:

“Reallaşdırılan kompleks makroiqtisadi tədbirlər, humanitar və fiskal siyasətin sıx əlaqələndirilməsi, çevik məzənnə siyasətinə keçid ölkənin xarici tədiyyə balansının tarazlaşmasına şərait yaradıb. Tədiyyə balansında provsit cari ildə əldə olunub. 2016-cı ildə 1,4 milyard dollar kəsir olmuşdusa, cari ildə 1,1 milyard dollarlıq provsit əldə olunub. Əlbəttə, burada dünya bazarında artan neft qiymətləri də rol oynayıb, ancaq bu yaxşılaşma təkcə nerftin qiyməti hesabına olmayıb”.

Baş bankir əlavə edib ki, son 9 ayda qeyri-neft sektorunda artım 31 faiz olub: “Tədiyyə balansı ilə yanaşı xidmət sektorunda da müsbət nəticələr əldə edilib. Cari ildə dövlətin strateji ehtiyatları 12 faiz, Mərkəzi Bankın ehtiyatları 31 faiz artaraq 42 milyard ABŞ dollarını ötüb keçib”.

Mərkəzi Bankın sədri bildirib ki, valyuta bazarında manatın stabilliyi sabitləşib: “Manat ilin əvvəlindən 4 %, fevralın əvvəllərindən isə 10,5 faiz möhkəmlənib. Bu müddətdə milli valyuta əlavə möhkəmlənmək təzyiqi altında olub. 2017-ci ildə manat və pul bazası 11 faiz artıb, iqtisadi artım isə 2,1 faiz olub. Qeyd edim ki, Mərkəzi Bank iqtisadiyyata kifayət qədər pul verib. Biz kredit aktivliyinin yüksəlməsini müşahidə etmirik. Cari ildə bizə kreditlərin verilməsi ilə bağlı heç bir müraciət olmayıb”.

Elman Rüstəmov bildirib ki, Mərkəzi Bank konservativ əsaslı anti inhisar pul siyasəti yeridir: “Milli valyutada yığımlarını dəstəkləmək üçün Mərkəzi Bank uçot dərəcəsini dəyişməyib. Statistika Komitəsinin məlumatına əsasən, 2017-ci ildə inflyasiya 13,7 % təşkil edib. Bunun da başlıca səbəbi xərc inflyasiyası ilə bağlıdır. Aparılan təhlillər göstərir ki, qiymət artımını xarici amillər gücləndirir. Ərzaq məhsulları üzrə dünya qiymətlərinin yüksəlməsi baş verir”.


Müəllif: Cavad