21 Noyabr 2017 15:15
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə çoxlu sənaye parkları yaradılıb və yenilərini yaratmaq istiqamətində işlər davam edir.

Teleqraf.com xəbər verir ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev parlamentdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, Mingəçevir Sənaye Parkında 5 mindən çox yeni iş yeri açılacaq: “Növbəti ildə Neftçala Sənaye Parkında bir sıra sənaye müəssisələri yaradılacaq. Həmçinin, Hacıqabulda, Sabirbadadda sənaye müəssislərinin yaradılması nəzərdə tutulub. Xalçaçılığın xammal bazasını yaratmaq üçün Sumqayıtda yun və boya fabriki qurulacaq. 2018-2021-ci illərdə ümumilikdə qeyri-neft sektorunda artım 10,3 faiz planlaşdırılır. Aqrar sektorun inkişafında isə aqroparkların yaradılması mühüm yer tutur. Bununla bağlı ciddi işlər nəzərdə tutulub”.

Nəqliyyat sektorunda beynəlxaq yük daşınmalar haqqında danışan nazir bildirib ki, bu sahədə artım müşahidə edilib. Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində 7 milyon ton yük daşınıb: "Neft daşımalarında 19, qeyri-neft məhsullarının daşınmasında 21 faiz artım baş verib. Bakı-Tiflis-Qars dəmiryolunun açılması isə tarixi hadisədir. Bu yüklərin həcmini əhəmiyyəti dərəcədə artıracaq və əlavə imkanlar yaradacaq”.

Nazir yol infrastrukturu haqqında da danışıb: “Növbəti ildə Gəncədən Gürcüstana gedən yol təmir olunacaq, habelə Ələt-Astara şosesinin tikintisi başa çatdırılacaq. Eləcə də Abşeron yarmadasının yol infrastru, Bakı kəndlərinin dəmir yolları və şoselərinin yaradılması işləri, təmiri aparılacaq. Ələt limanının tikintisi 2018-ci il birinci rübündə başa çatdırılacaq, azad iqtisadi zona yaradılacaq”.

Nazir onu da vurğulayıb ki, sahibkarlıq sahəsində yoxlamalar dayandırılıb, son 24 ay ərzində cəmi 127 yoxlama keçirilib. Ş.Mustafayev onu da vurğulayıb ki, növbəti ildə əsas kapitallı investisiyaların 15.9, xarici əsaslı 7.7, daxili əsaslı investisiyaların 1.2 milyard artımı gözlənilir: “Həmçinin turzim sektorunda gəlirlərin 6.6 faiz, rabitə sahəsində 5.1 faiz artımı proqnozlaşdırılır. Növbəti ildə 130 milyon manat güzəştli kreditlərin verilməsi nəzərdə tutulub”.


Müəllif: Cavad