21 Noyabr 2017 20:46
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan büdcəsində ucuz neft və qeyri-müəyyən valyuta proqnozlaşdırılır. Büdcə qəbul edilənə qədər manatın da növbəti il üçün proqnozlaşdırılması ilə bağlı qərar verilməlidir.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Əli Məsimli Milli Məclisdə çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, 2013-cü ildən büdcənin neftdən asılılığı siyasəti həyata keçirilir:

"Növbəti ildən büdcənin neftdən asılılığının artdığını müşahidə edilir. Mərkəzi Bankın uçot dərəcəsi 15 faiz saxlanılarsa, kredit faizləri o qədər yüksək olacaq ki, sahibkarlar üçün problemlər yaranacaq. Faiz dərəcəsi yüksəkdirsə, bu faizin bir hissəsinin ödənilməsi üçün əlavə fond yaradıla bilər. 2018-ci ildə dövlət büdcəsinin sosial yönümünün davam etdiriləcəyi göstərilir. Büdcə xərcləri sturukturuna baxanda sosial xərclərə ayrılan vəsaitin 2.2 faiz artdığı görünür. Bu isə əsaslı xərclərdən çox aşağı rəqəmdir. Bununla yanaşı problemli kreditlərini həll etmədən maliyyə sağlamlığına nail olmaq mümkün deyil.”

Millət vəkili elmi işçilərinin maaşının çox aşağı olduğunu deyib:

“Elmi işçilərin maaşı 200 manat civarındadır. Gənclər bu vəsaitlə ailə saxlaya bilmədiklərinə görə elmdən uzaqlaşırlar. Gənclər ailələrini repittitorluqla saxlayacaqsa, elmi kim yaşadacaq. Təhsildə diaqnostika və digər vasitələrlə maaşlar artırıldığı kimi elmi işçilərin də maaşı bu kimi üsulla artırılmalıdır”.


Müəllif: Teleqraf.com