13 Dekabr 2017 17:48
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti region və Azərbaycan üçün strateji bir layihədir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib.

Ekspertin sözlərinə görə, bu layihə ölkə üçün yeni investsiya imkanları yaradır: “Sözsüz ki, qonşu ölkələrin, eləcə də İranın layihəyə qoşulması onun strateji önəmi və rentabelliyinin yüksəldilməsi baxımından vacibdir. Regional layihəyə daha çox ölkənin qoşulması onun əhəmiyyətinin güclənməsi faktorlarından biri hesab olunur.

Azərbaycanın gəlirlərinin çoxalması baxımından iştirakçı ölkələrin artması çox yaxşıdır. Bu, daha çox yükün dəmir yolu xətti vasitəsi ilə daşınması deməkdir. Daha çox yükün daşınması da nəticə etibarı ilə xərclənən vəsaitin daha qısa zaman kəsiyində geri qayıtmasına və layihəyə qoşulan dövlətlərin daha böyük gəlir əldə etməsinə imkan yaradacaq”.

Qeyd edək ki, İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə İranın Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə qoşula biləcəyini deyib. Onun sözlərinə görə, hazırda bu məsələ İran rəhbərliyinin gündəmindədir.


Müəllif: Şəfiqə Nazimqızı