4 Yanvar 2018 13:50
1 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ildə ən məşhur kriptovalyuta olan bitkoinlə bağlı proqnozlar açıqlanıb.

Teleqraf.com-un məlumatına görə, ekspertlər bitkoinin car ildə daha çox istifadə olunacağını, bir sıra ölkələrdə isə bu kriptovalyutadan istifadənin rəsmiləşdiriləcəyini bildirir.

Həmçinin bitkoinlə bağlı yeni fyuçerslərin və digər alətlərin tətbiq ediləcəyi qeyd olunur.

Hamını daha çox maraqlandıran qiymətlə bağlı proqnoz isə belə olub - bitkoin 50 min dollara qədər yüksələ bilər.

Xatırladaq ki, ötən ilin sonlarında bitkoinin məzənnəsi rekord azalmadan (26,85 faiz) sonra qalxmağa başlayıb. Sonradan isə 12,09 faiz - 16,77 min dollaradək bahalaşıb.

Ümumilikdə 2017-ci ilin əvvəlindən bitkoin 20 dəfə bahalaşıb.


Müəllif: Teleqraf.com