5 Yanvar 15:37
90

Unibank biznes sahibləri üçün 50%-lik endirim kampaniyası keçirir

Biznes sahibləri üçün indi Unibank-da hesab açmağın əsl vaxtıdır. Yanvarın 31-dək Unibank-da hüquqi şəxs hesabı açan müştərilərə, 3 ay ərzində bank xidmətlərində 50% endirim ediləcək.

Biznes sahibləri üçün keçirilən kampaniya aşağıdakı xidmətləri əhatə edir:

Konvertasiya əməliyyatları;

Manat və xarıcı valyuta ödənişləri;

Əmək haqqı layihəsi üzrə köçürmələr;

Nağd pulun çıxarılması;

Hüquqi şəxslər üçün kartın qiymətində endirimlər.

Unibank-ın biznes müştərisi olmaq hansı üstünlüklər verir?

Sərfəli tariflər;

Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı;

Hesabın bir neçə dəqiqə ərzində bron edilməsi;

Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı;

Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması;

Sənəd dövriyyəsinin minimuma endirilməsi;

Unibank və eManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;

Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.


Müəllif: Teleqraf.com