11 Yanvar 2018 14:48
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Unibank” biznes sahibləri üçün bir aylıq komissiyasız kredit kampaniyası keçirir.

Teleqraf.com xəbər verir ki, yanvar ayı ərzində rəsmiləşdirilən biznes kreditləri komissiyasız olacaq. Siz də biznesinizi bu ildən daha da böyütmək istəyirsinizsə, “Unibank”ın 0% komissiyalı və sərfəli faizli biznes kreditlərindən faydalanın!

“Unibank”ın biznes sahibləri üçün 50% endirimli kampaniyası da davam edir. Yanvarın 31-dək “Unibank”da hüquqi şəxs hesabı açan müştərilərə, 3 ay ərzində bank xidmətlərində 50% endirim ediləcək. Biznes sahibləri üçün keçirilən kampaniya aşağıdakı xidmətləri əhatə edir:

Konvertasiya əməliyyatları;

Manat və xarıcı valyuta ödənişləri;

Əmək haqqı layihəsi üzrə köçürmələr;

Nağd pulun çıxarılması;

Hüquqi şəxslər üçün kartın qiymətində endirimlər.

“Unibank”ın biznes müştərisi olmaq hansı üstünlüklər verir?

Sərfəli tariflər;

Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı;

Hesabın bir neçə dəqiqə ərzində bron edilməsi;

Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı;

Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması;

Sənəd dövriyyəsinin minimuma endirilməsi;

"Unibank” və eManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;

Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.

“Unibank”ın korporativ müştəriləri banka gəlmədən bankın digər məhsul və xidmətlərindən də faydalana bilərlər. “Unibank”ın mükəmməl rəqəmsal bankçılıq xidmətləri - “Unibank Mobile” Business (http://onelink.to/um-business), İnternet Banking və Telegram Bot biznes sahiblərinə harada olmaqlarından asılı olamayaraq 24/7 öz bizneslərini idarə etmək, bank hesablarına sərəncam vermək imkanı yaradır.

“Unibank”geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan

http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.


Müəllif: Teleqraf.com